“Azərbaycan sözünü də, seçimini də bəyan edib, sıra Ermənistanda” – Türkiyəli MİLLƏT VƏKİLİ 

“Azərbaycan sözünü də, seçimini də bəyan edib, sıra Ermənistanda” – Türkiyəli MİLLƏT VƏKİLİ 

Hazırda oxunan: “Azərbaycan sözünü də, seçimini də bəyan edib, sıra Ermənistanda” – Türkiyəli MİLLƏT VƏKİLİ 

96025

“Azərbaycan şəhidləri al qanları ilə üçrəngli Azərbaycan bayrağını qaldıraraq vətən eşqinin, torpağ həsrətinin nə olduğunu bütün dünyaya göstərdilər. Bu tarix nəinki Azərbaycana, bütün Türk dünyasına çox yaxşı bir örnəkdir”.

Bu sözləri 44 günlük Vətən müharibəmizin il dönümü ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada Türkiyəli millət vəkili Şamil Ayrım səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şamil Ayrım: “Bu vandalizmin hesabı ermənilərdən mütləq soruşulacaq”


Millət vəkili bildirib ki, Azərbaycanın əzəli torpağı olan Qarabağın erməni silahlı birləşmələrindən azad olması 30 il öncə ATƏT-in Minsk qrupunun həll etməli olduğu öhtəlik idi:

"Çox təəssüf ki, Minsk qrupu belə bir taleyüklü məsələni soyducuya qoyub nəzakət görüşləri keçirməklə məşqul oldu. Əgər əsl təcavüzkar vaxtında beynəlxalq güclər və təşkilatlar tərəfindən cəzalandırılsaydı, indi dünyada bu cür qarışıqlıq hökm sürməzdi".

Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunmamasından danışan Ayrım bildirib ki, Ermənistan sülhə niyyətli görünmür, amma gec və ya tez buna məcbur ediləcək:

"12 Sentyabrda sərhəddə törətdiyi təxribatlar, Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirməməsi, sərhədlərin delimitasiya və demorkasiyasından yayınmasına baxsaq görərik ki, Ermənistan heç də sülhə niyyətli deyil. Azərbaycana qarşı etdiyi səhvlər eyni zamanda Ermənistanın Türkiyə ilə olan münasibətlərinə də zərər vurur.

Digər bir məsələ isə Paşinyanın qərar verə bilməməsi və həmişə Fransa və ABŞ-dan nota gözləməsi ilə əlaqədardır. Fikrimcə, Amerika indi öz seçimlərinə köklənib və seçimlər yekunlaşdıqdan sonra oradan Paşinyana müəyyən mənada razılaşmanın əldə olunması üçün tövsiyələr veriləcək.
Ermənistan tez və ya gec sülhə gəlməyə məcbur olacaq. Çünki onun başqa çıxış yolu yoxdur, Azərbaycan ədalət savaşında bir addım belə geri çəkilən deyil. Azərbaycanın şərtləri və güzəşt edə biləcəkləri ortada, bundan o yana nə olmalıdır ki? 30 il talayıb dağıtdığın yerlər göz önündə, qatilliyin, hərbi cinayətlərin göz önündə, bununla belə Azərbaycan səni qəbul edir, sülh təklifi irəli sürür və suçsuz erməniləri də öz torpağında yaşamasına icazə verir. Daha nə olsun?

Ermənistan nə qədər tez doğru yola gəlsə, o qədər xeyirləri də çox olar, yoxsa ötən hər gün onun ziyanına işləyir. Yəni, Azərbaycan sözünü də, seçimini də bəyan edib, sıra Ermənistanda.

Amma biz bu gün fəxrlə deyə bilirik ki, ikinci Qarabağda həlak olan minlərlə Azərbaycan şəhidinin qanı yerdə qalmayıb. Başını dik tut, can Azərbaycan, bu gün sənin ən qürurlu günlərindəndir! Xalqımıza sülh və firəvan həyat, şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm".

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO