Kreml Krım federal dairəsi yaradır – Roqozin rəhbər təyin ediləcək

Kreml Krım federal dairəsi yaradır – Roqozin rəhbər təyin ediləcək

Hazırda oxunan: Kreml Krım federal dairəsi yaradır – Roqozin rəhbər təyin ediləcək

96008

“Rusiya Krım federal dairəsi adlı yeni subyekt yaradacaq. Bura yarımadanın özü, “LXR”, “DXR” və fevralın 24-dən sonra Ukraynada işğal edilən ərazilər (Zaporojye və Xerson vilayətlərinin bir hissəsi) daxil olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV-i Federasiya Şurası, Prezident Administrasiyası və “Krım hökuməti”ndəki mənbələrə istinadən yayıb.

“Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin yeni subyektə rəhbər təyin ediləcək.  Mənbələr Roqozinin təyinatı ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyini və “böyük ehtimalla müsbət olacağını” bildirir. 
Həmsöhbətlərdən biri izah edib ki, yeni federal dairənin yaradılması “çətin vəziyyət”lə bağlıdır və onu “ağır çəkili siyasətçi” idarə etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO