ABŞ-ın raket, peyk və kosmik gəmi istehsalçısı “SpaceX” şirkəti yanvarın 24-də “Transporter-1” missiyası çərçivəsində bir anda 143 peyki kosmosa buraxıb. Şirkət bununla da 104 peyki orbitə göndərən Hindistanın rekordunu təzələyib.
Bizim.Media-nın “SpaceX”ın rəsmi saytna istinadən verdiyi xəbərə görə, bundan əvvəl bir neçə dəfə mənfi hava şəraiti səbəbindən təxirə salınan “Transporter-1” missiyası ABŞ-ın Florida ştatındakı Canaveral bazasında uğurla həyata keçirilib.
Orbitə 133 ticarət və dövlət peyki, eləcə də 10 “Starlink” peyki daxil olmaqla 143 kiçik peyk yerləşdiriləcək.
Şirkət raketdəki “Starlink” peyklərinin qütb orbitinə yerləşdirilən ilk peyk olacağını açıqlayıb.
Şirkətin rəhbəri Elon Mask, “Starlink” layihəsinin növbəti mərhələsinin startını elan edib. Belə ki, yaxın müddətdə “Starlink”in ictimai beta testinə ABŞ-da və Kanadada başlanılacaq.
Müəyyən müddətdən sonra isə testlər digər ölkələrdə də keçiriləcək.
Bu cür testin keçirilməsində yeganə problem isə dövlət tərəfindən icazənin alınmasıdır. Hal hazırda şirkət rəhbərliyi bu problemi aradan qaldırmaq üzrə çalışır.
İltifat, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:24 / 25.01.2021
İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı
Hazırda oxunan: İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı
Hazırda oxunan: İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı
9594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.