Rəsmi Kişinyovdan Rusiya tərəfindən döyüşən vətəndaşları ilə bağlı QƏRAR 

Rəsmi Kişinyovdan Rusiya tərəfindən döyüşən vətəndaşları ilə bağlı QƏRAR 

Hazırda oxunan: Rəsmi Kişinyovdan Rusiya tərəfindən döyüşən vətəndaşları ilə bağlı QƏRAR 

95793

Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşən Moldova vətəndaşları vətəndaşlıqdan çıxarılacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu sentyabrın 26-də Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, Ali Təhlükəsizlik Şurasının toplantısında bunun qarşısını almaq, təcavüzkarın tərəfində vuruşacaq Moldaova ilə yanaşı Rusiya Federasiyası vətəndaşlığına malik şəxslərin Moldova vətəndaşlığından çıxarılması imkanlarını təhlil ediblər.

"Moldovanın şərq rayonlarında vətəndaşların səfərbərliyə cəlb edilməsi riski var. Biz həmçinin muzdlu olmaq istəyən Moldova vətəndaşları üçün cəzaların sərtləşdirilməsi imkanlarını araşdırırıq”. 

Qeyd edək ki, Moldovanın Dnestryanı bölgəsinə separatçılar nəzarət edir. Ölkənin bu bölgəsi Rusiyanın nüfuzu dairəsi altındadır. Ehtimal etmək olar ki, M.Sandunun xəbərdarlığı daha çox Dnestraynı bölgədəki Moldova vətəndaşlarına ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO