Ukraynada rus dilində xidmət göstərənlər cərimə ediləcək – Qordon etirazını bildirdi

Ukraynada rus dilində xidmət göstərənlər cərimə ediləcək – Qordon etirazını bildirdi

Hazırda oxunan: Ukraynada rus dilində xidmət göstərənlər cərimə ediləcək – Qordon etirazını bildirdi

9576

Ukraynalı jurnalist Dmitri Qordon Ukraynanı birdəfəlik məhv edə biləcək səbəblərdən danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti" agentliyi yayıb.

Mənbə yazır ki, 2021-ci ilin yanvarından Ukraynada "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanun qüvvəyə minib.

Yeni qanuna görə, bütün xidmət sahələrində Ukrayna dilində danışılacaq. Rus dilində xidmət göstərənlər cərimə ediləcək.

Qordon mövzu ilə bağlı bildirib ki, bu qanun Ukraynanı parçalayacaq və kiçik hissələrə böləcək.

Onun sözlərinə görə, Ukrayna dilinin istifadəsi zamanı ən çox çətinliklər ölkənin cənub-şərqində, o cümlədən insanların əsasən rus dilində danışdığı Odessa və Xarkovda yaranacaq.

Jurnalist hesab edir ki, Ukrayna hökuməti bu yolla bu şəhərlərin sakinlərində nifərt oyadır.

Qordon, həmçinin Lvov şəhərinə baş çəkən çoxsaylı turistlərlə ingilis və ya rus dillərində ünsiyyət qurmağın mümkün olub-olmadığını soruşub:

“Bəlkə onlarla təkcə Ukrayna dilində danışmaq lazım gələcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO