“Sülhə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır” - Dövlət Bağçalı

“Sülhə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır” - Dövlət Bağçalı

Hazırda oxunan: “Sülhə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır” - Dövlət Bağçalı

95705

“Erməni silahlı dəstələri 1914-cü ilin mayından 1922-ci ilin mayınadək 518 min 305 müsəlman-türkü qətlə yetiriblər... Soyqırımı görmək istəyən varsa, qətliamın necə olduğunu bilmək istəyən varsa gəlib Ərzuruma baxsın. Gəlib hələ də izləri qalan acılı, tükləri ürpədən, əzab-əziyyəti, işgəncə və cinayətləri görsünlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Ərzurum şəhərində “2023-ə doğru: namizəd bəlli, qərar qəti!” şüarı ilə keçirilən regional mitinqdəki çıxışında ifadə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə görə kəskin ittiham edən MHP sədri ABŞ təmsilçisinin İrəvandakı saxta “soyqırımı” abidəsi önündə “timsah göz yaşları” axıtdığını xatırladaraq deyib ki, sülh və sabitliyə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır.

Tarixi həqiqətləri və günümüzün reallıqlarını göz ardına vuraraq saxta “soyqırımı”dan danışılmasının yolverilməz olduğunu vurğulayan Milliyyətçi Hərəkat Partiyasının sədri bunu beynəlxalq hüquqa qarşı təhdid kimi dəyərləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO