Dağıstanda səfərbərliyə etiraz edən sakinlər Xasavyurt-Mahaçqala federal magistral yolunu bağlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baza nəşri yayıb.
İnsidentlə bağlı hazırlanan videolar yerli Telegram kanallarında yayılıb. Görüntülərdə izdiham içərisində atışma səsləri eşidilir.
Mənbə yazır ki, polis etirazçıları dağıtmaq üçün havaya atəş açıb.
Bizim.Media