Qırğızıstan və Tacikistan protokol imzaladı - Sərhəddəki vəziyyət nizamlanır

Qırğızıstan və Tacikistan protokol imzaladı - Sərhəddəki vəziyyət nizamlanır

Hazırda oxunan: Qırğızıstan və Tacikistan protokol imzaladı - Sərhəddəki vəziyyət nizamlanır

95688

Qırğızıstan-Tacikistan sərhədində son vəziyyətin nizamlanmasına dair protokol imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev deyib.

Sənədi Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

"Sənədin əsas məqsədi sərhəddəki son münaqişənin həlli, onun nəticələrinin aradan qaldırılması və yeni münaqişələrin qarşısının alınmasıdır. Protokol əsasında yerli özünüidarəetmə və hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verilib və onların icrasına şəxsən nəzarət edəcəyik", - deyə K.Taşiyev bildirib.

Tərəflərin görüşü bu gün "Qızıl-Bel" keçid məntəqəsində baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO