Almaniyalı jurnalist Lavrova: “Niyə bu qədər insan Rusiyanı tərk edir?” - VİDEO

Almaniyalı jurnalist Lavrova: “Niyə bu qədər insan Rusiyanı tərk edir?” - VİDEO

Hazırda oxunan: Almaniyalı jurnalist Lavrova: “Niyə bu qədər insan Rusiyanı tərk edir?” - VİDEO

95677

Almaniyalı jurnalist BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova niyə xeyli Rusiya vətəndaşının ölkəni tərk etdiyini soruşub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “news.ru” saytı yayıb.

Mənbə yazır ki, rusiyalı nazir suala sualla cavab verib:

“Məgər Almaniya insanların hərəkət azadlığı prinsipini təsbit edən Avropa Şurasının insan hüquqlarına dair konvensiyasını imzalamayıb?”.

Görünür, sual qismən səfərbərlik başlayandan sonra Rusiyanı tərk edənlərin sayının artmasından sonra yaranıb.

Almaniya orduya getmək istəməyən və bu baxımdan ölkəni tərk etməyə hazırlaşan ruslara viza verməyə hazır olduğunu açıqlayıb.

Səfərbərlik fonunda Rusiyanın beynəlxalq hava limanlarında aviabiletlərə tələbat bir neçə dəfə artıb. Eyni zamanda, aviabiletlərin qiyməti də qalxıb. Bu, xüsusən də vizasız postsovet respublikaları olan Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsir edib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra hava limanları və keçid məntəqələrində yaşanan həyəcanla bağlı məlumatlar çox şişirdilib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO