Ukraynada müharibə nə vaxt sona çatacaq? - Generaldan AÇIQLAMA

Ukraynada müharibə nə vaxt sona çatacaq? - Generaldan AÇIQLAMA

Hazırda oxunan: Ukraynada müharibə nə vaxt sona çatacaq? - Generaldan AÇIQLAMA

95667

Rusiya ordusunun Ukrayna ərazisindən tamamilə çıxarılması müharibənin bitməsi demək deyil.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

“Müharibə o vaxt sona çatacaq ki, bütün işğal olunmuş ərazilər geri qaytarılacaq və Rusiyada rejim dəyişəcək. Yeni liderlə  Ukraynanın təhlükəsizliyinin bir daha pozulmaması üçün sazişlər bağlanmalıdır”, deyə o, qeyd edib.

Romanenko əlavə edib ki, hazırda Ukrayna rəhbərliyi 1991-ci il sərhədlərinə qayıtmaq üçün mübarizə aparır:

"Əgər əvvəllər söhbət fevralın 23-dək sərhədlərə qayıtmaqdan gedirdisə, indi bu qədər qurban və itkilərdən sonra Ukrayna təkcə hərbi deyil, həm də siyasi təşəbbüsü ələ keçirib. Ona görə də yanaşma tamamilə fərqlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO