Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici jurnalistlərə rus dilini öyrənməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “life.ru” saytı yayıb.
Mənbə qeyd edir ki, Rusiya xarici işlər nazirinin BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakından sonra keçirilən mətbuat konfransı zamanı media işçilərindən biri nazirə rus dilində sual verib.
Uzaqdan danışdığından tərcüməçilər onun səsini eşitməyiblər. Xarici jurnalistlər buna iradlarını bildiriblər.
Lavrov əcnəbi jurnalistlərə müraciət edərək "Demək istəyirsiniz ki, siz rus dilini başa düşmürsünüz? Öyrənməyin vaxtıdır" deyib.
Bizim.Media