Puqaçova və Kirkorovun stilisti öldü - FOTO

Puqaçova və Kirkorovun stilisti öldü - FOTO

Hazırda oxunan: Puqaçova və Kirkorovun stilisti öldü - FOTO

9565

Bir çox Rusiya estrada ulduzlarının stilisti Aleksandr Şevçuk 54 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “İnstagram”da latviyalı müğənni Layma Vaykule yayıb.

O, mətndə Şevçukun şəkilini də paylaşıb:

"O, artıq bizimlə deyil", - deyə artist vurğulayıb.

"Bizim ümumi keçmişimiz var idi, unutmaq mümkün deyildi. Gələcək üçün planlar qurmuşduq, təəssüf ki, həyata keçirmək mümkün olmadı", - deyə Vaykule fotoya yazdığı qeydində bildirib.

Mənbə onun ölüm səbəbinin məlum olmadığını qeyd edib. Xatırladaq ki, Şevçuk ötən il ağır xəstəlik keçirib.

Şevçuk moda eksperti idi, Alla Puqaçova, Filip Kirkorov, Tatyana Ovsiyenko, Larisa Dolina və başqa ulduzlarla işləyib, televiziyada müxtəlif iri layihələrdə iştirak edib. O, Vaykule ilə də əməkdaşlıq edib.

“İnstagram”da abunəçilər başsağlığı veriblər.

"Ailəsinə və yaxınlarına başsağlığı verirəm", “Mən şokdayam", “Ruhu şad olsun". Belə yazıblar.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO