San Fransiskoda göydələn üzərində İrandakı aksiya iştirakçılarına dəstək şüarı qeyd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad.İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, İran xalqının 22 yaşlı Məhsa Əmini adlı gənc qızın əxlaq polisi tərəfindən öldürülməsinə qarşı keçirilən etiraz nümayişlərinə beynəlxalq dəstəyin davamı olaraq Amerikanın San-Fransisko şəhərindəki ən hündür binalardan biri “İran qadınlarına eşq olsun” yazısı ilə işıqlandırılıb.
Bizim.Media