Səfir dəniz quldurlarının hücum etdiyi gəmidə olub - FOTO

Səfir dəniz quldurlarının hücum etdiyi gəmidə olub - FOTO

Hazırda oxunan: Səfir dəniz quldurlarının hücum etdiyi gəmidə olub - FOTO

9562

Türkiyənin Qabondakı səfiri Nilufər Erdem Kayğısız nigeriyalı dəniz quldurları tərəfindən hücuma məruz qalmış “Mozart” gəmisində olub.

Bizim.Media-ya Türkiyə mətbuatına istinadla xəbər verir ki, xanım səfir gəmidə qalan heyətilə görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi-azərbaycanlı öldürüldü, 15 nəfər qaçırıldı


Gəminin Qabonun Gentil limanında lövbər saldığı bildirilib.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə 15 nəfər  girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO