İranda etirazların genişlənməsi ilə eyni vaxtda Təbriz Universitetində dərslər dayandırılıb.
Təbriz Universitetinin rəhbərliyinin yaydığı məlumata görə, sentyabrın 24-dən naməlum müddətə qədər universitetdə dərslər dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumatda tətil səbəbləri barədə açıqlama verilməsə də, bunun etiraz aksiyalarının genişlənməsi və Təbrizdə hökumətə qarşı kütləvi nümayişlərin davam etməsi ilə bağlı olduğu ehtimal edilir.
Bununla yanaşı, Tehran Universitetində də dərslərin dayandırılması haqda bildiriş yayılıb.
Qeyd edək ki, İranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfində qətlə yetirilib. Bu cinayətə qarşı ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Həmçinin İrandakı gərgin vəziyyətə görə Tehran və Şəhəd Beheşti universitetləri distant təhsilə keçib.
Bizim.Media