“Düşünürəm ki, Putin çox böyük böhran içərisindədir. Onun proseslərə münasibəti qeyri-adekvatdır. Hər nə qədər “qismən səfərbərlik” adlandırılsa belə, bu, ümumi səfərbərlikdir, 300 minə yaxın hərbçi toplamaq fikrindədir. Lakin onun bu niyyətinin baş tutub-tutmayacağı sual altındadır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.
Politoloq qeyd edib ki, artıq Rusiyada gənclərin kütləvi köçü başlayıb:
“Eyni zamanda gənc təbəqə hərbi səfərbərlikdən imtina edir. Sankt-Peterburda bir gəncə səfərbərliyə qatılmasıyla bağlı sual verildikdə o bu cür cavablandırdı:
“Bu mənim müharibəm deyil. Nə vaxt ki, Sankt-Peterburqa hücum olacaq, o zaman şəhərimi müdafiə etmək üçün müharibəyə qatılaram. Əgər savaş başqa ölkənin ərazisində gedirsə, mən nə üçün vuruşmalıyam?”. Göründüyü kimi, Rusiya cəmiyyətində pasifist əhval-ruhiyyə var və səfərbərlik elanı Kremlin özünə qarşı çevrilib.
Bu vəziyyət Rusiya hakimiyyəti və xalqı arasında dərin uçurumun genişlənməyə başladığını göstərir. Putinin ətrafındakı siyasi elita da böhranlı vəziyyətdədir və tərəddüdlər xeyli artıb. Hətta Təhlükəsizlik şurasının son iclasında, üzvlərdən biri məğlub olduqlarını və müharibəni davam etdirməyin mənasız olduğunu bildirdi”.
Qabil Hüseynli Putinin nüvə təhdidlərinin də şantaj vasitəsi olduğunu qeyd edib:
“Putin Qərbi taktiki nüvə silahından istifadə etməklə hədələyir. O, qeyd edir ki, Ukrayna Krıma, Donbasa girsə, taktiki nüvə silahına əl atacaq. Lakin ballistik raketlərlə daşınan nüvə başlıqlarından fərqli olaraq, taktiki nüvə silahları raketlərə montaj olunmayıb.
Döyüş başlıqlarının yığılaraq, orta mənzilli nüvə raketlərinə çevrimək üçünsə ən azı 24 saat vaxt tələb olunur.
Bu müddətdə artıq Kremlin nüvə hücumuna hazırlaşdığı bilinəcək. Və Qərb rəsmiləri dəfələrlə qeyd ediblər ki, Rusiya bu addımı atsa, NATO da nüvə silahından istifadə edəcək.
Bir sözlə, nüvə silahının tətbiqi məsələsi real deyil. Kreml hələ də Rusiya xalqını yanıltmağa davam edir və bu məqsədlə siyasi manevrlər edir. Lakin bu cəhdlər də öz məqsədinə çatmayacaq”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:00 / 22.09.2022
Putinin nüvə TƏHDİDİ – Dünya atom müharibəsinin astanasındadır?
Hazırda oxunan: Putinin nüvə TƏHDİDİ – Dünya atom müharibəsinin astanasındadır?
Hazırda oxunan: Putinin nüvə TƏHDİDİ – Dünya atom müharibəsinin astanasındadır?
95240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.