Müharibə başlayandan 802 ukraynalı əsir ölkəsinə qaytarılıb

Müharibə başlayandan 802 ukraynalı əsir ölkəsinə qaytarılıb

Hazırda oxunan: Müharibə başlayandan 802 ukraynalı əsir ölkəsinə qaytarılıb

95225

Müharibə başlayandan indiyə kimi 802 ukraynalı əsir ölkəsinə geri qaytarılıb.

Bizim.Media “ukranews.com”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təhlükəsizlik Xidmətinin rəisinin səlahiyyətlərini icra edən Vasiliy Malyuk qeyd edib ki, çox çətin keçən danışıqlar prosesinə baxmayaraq, əsirlərin dəyişdirilməsi baş tutub və nəticədə deputatla birgə digər 55 nəfər Rusiya hərbçisinin əvəzində 215 nəfər ukraynalı əsir geri qaytarılıb.

Onların sırasında “Azovstal”ın müdafiəçiləri də yer alıb. O, həmçinin vurğulayıb ki, ümumilikdə 20 əsir dəyişmə prosesi baş tutub və bunun nəticəsi olaraq 802 ukraynalı əsirlikdən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO