ABŞ Putinin nüvə silahı haqda xəbərdarlığını ciddi qəbul edir

ABŞ Putinin nüvə silahı haqda xəbərdarlığını ciddi qəbul edir

Hazırda oxunan: ABŞ Putinin nüvə silahı haqda xəbərdarlığını ciddi qəbul edir

95064

"ABŞ Rusiya Prezidenti Vladimir Putinin nüvə silahının istifadəsi barədə dediklərini ciddi qəbul edir".

Bizim.Media xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalına müsahibəsi zamanı deyib.

“Biz bunu ciddi qəbul edirik. Rusiyanın strateji konfiqurasiyasını bacardığımız qədər izləyirik ki, ehtiyac olduğu təqdirdə öz strategiyamıza düzəlişlər edək. Hal-hazırda buna ehtiyacın olması üçün heç bir əlamət yoxdur”, – deyə Kirbi qeyd edib.

Kirbi həmçinin xəbərdarlıq edib ki, Rusiya tərəfindən nüvə silahının tətbiqi onun özü üçün beynəlxalq aləmdə ağır nəticələrə səbəb olacaq və Rusiyanı dünya arenasında “tərk edilmiş” bir ölkəyə çevirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO