Polşada Türkologiya Konqresi öz işinə başladı – Azərbaycan da təmsil olunur

Polşada Türkologiya Konqresi öz işinə başladı – Azərbaycan da təmsil olunur

Hazırda oxunan: Polşada Türkologiya Konqresi öz işinə başladı – Azərbaycan da təmsil olunur

94981

Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, Varşava Universitetində keçirilən konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu əsas tərəfdaş qismində çıxış ediblər.

“Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında təşkil olunan Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqının türk dünyasına qazandırdığı böyük elmi nailiyyətlərdən bəhs edərək, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında məlumat verib.

Səfir hər bir xalqın dilinin onun milli varlığını təsdiq etdiyini söyləyib: “Azərbaycan dili də xalqımızın milli mənsubiyyətini müəyyən edən başlıca amillərdən biridir.

Tarix boyu türk dilləri içərisində Azərbaycan dilinin özünəməxsus yeri olmuşdur. XVI əsrdə Azərbaycan dili Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksəlmişdir. Türk dünyası və müsəlman şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Azərbaycan dilini dövlət dili elan etmişdir.”

Konqresin açılış mərasimində Varşava Universitetin professoru Tadeusz Majda türkologiya elmi üzrə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif olunub.

Konqres çərçivəsində keçirilən çoxsaylı panellərdə türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO