Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində o, BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Birinci xanım müharibədən zərər çəkmiş ukraynalı qadın və uşaqların qorunmasının vacibliyini müzakirə edib.
BMT-nin baş katibi ilə görüşdə baş nazir Denis Şmiqal da iştirak edib. Onlar hərbi əməliyyatların humanitar vəziyyətə, insan hüquqlarına və nüvə təhlükəsizliyinə təsirini müzakirə ediblər.
Quterreş BMT-nin Ukraynaya tam humanitar dəstəyinə işarə vurub və ölkə nümayəndələrinə taxıl müqaviləsində iştirak etdiklərinə görə təşəkkür edib.
Qeyd edək ki, sentyabrın 20-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası keçirilir.
Başlamazdan bir qədər əvvəl Ukrayna nümayəndəliyi Zelenskiyə distant çıxış etmək, daha doğrusu, onun çıxışının videoyazısını nümayiş etdirmək hüququnun verilməsini xahiş edib.
Ukrayna rəsmiləri izah edib ki, prezident hərbi əməliyyatlar səbəbindən sessiyada şəxsən iştirak edə bilməyəcək. Əksər ölkələr bu tənzimləməni dəstəkləyib. Yeddi ölkə əleyhinə səs verib: Rusiya, Belarus, Kuba, Şimali Koreya, Nikaraqua, Eritreya və Suriya.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:26 / 21.09.2022
Zelenskinin həyat yoldaşı Nyu-Yorkda Quterreşlə görüşdü - VİDEO
Hazırda oxunan: Zelenskinin həyat yoldaşı Nyu-Yorkda Quterreşlə görüşdü - VİDEO
Hazırda oxunan: Zelenskinin həyat yoldaşı Nyu-Yorkda Quterreşlə görüşdü - VİDEO
94917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.