“Baydenlə görüşmək istərdinizmi?' sualına Ərdoğanın cavabı: “Niyə? O Bayden, mən Ərdoğan” - VİDEO

“Baydenlə görüşmək istərdinizmi?' sualına Ərdoğanın cavabı: “Niyə? O Bayden, mən Ərdoğan” - VİDEO

Hazırda oxunan: “Baydenlə görüşmək istərdinizmi?' sualına Ərdoğanın cavabı: “Niyə? O Bayden, mən Ərdoğan” - VİDEO

94909

Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibə verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik Türkiyə” nəşrində yer alıb.

O, Baş Assambleyanın dəhlizində xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə müşaviri Fahrettin Altun və nazir Murat Kurumla birlikdə gedərkən “Reuters” agentliyinin müxbiri Xədicə Pamukun sullarına cavab verib.

Bir anlıq dayanan prezident Ərdoğan “Sor, nə soruşacaqsan?” deyib. Bundan sonra Pamukun suallarını dinləyib.

"Baydenlə görüşmək istərdinizmi?" sualına “Oh, niyə?” cavabını verib. "Baydenlə ayrı ikitərəfli görüş keçirmək istərdinizmi?" sualına verilən “O Baydendir, mən Ərdoğan” cavabı isə gülüşə səbəb olub.

Ərdoğana “F-16 haqqında senatorlarla danışdınızmı?” sualı da verilib. “Onlar müsbət danışırlar, deyəsən təsdiq edəcəklər” deyə Türkiyə lideri qeyd edib.

Prezident Ərdoğan və onu müşayiət edən heyət müxbirin suallarını dinlədikdən sonra zalı tərk edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dünya liderlərinə müraciət edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO