"Rusiya Avro-2024-ün püşkatmasında olmayacaq"

Hazırda oxunan: "Rusiya Avro-2024-ün püşkatmasında olmayacaq"

94836

Rusiya millisi Avro-2024-ün püşkatmasında iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosasiyasının prezidenti Andrey Pavelko bildirib.

Pavelko daha əvvəl UEFA-dan Rusiyanın Avro-2024-ün püşkatmasında iştirakına mane olmağı tələb etdiklərini vurğulamışdı.

Bu dəfə isə o, öz sosial şəbəkə hesablarında sözügedən ölkənin yarışda mübarizə aparmayacağını yazıb:

“Rusların hazırlaşmaq üçün heç bir şeyi yoxdur. Tələb olunduğu kimi, Rusiya oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki püşkatma mərasimində olmayacaq. Ən azı 2024-cü ilə qədər onlar rəsmi beynəlxalq futbol yarışlarında iştirak etməyəcəklər. Avro-2024 Rusiyasız keçiriləcək”.
Qeyd edək ki, Avro-2024-ün final mərhələsi 2024-cü ildə iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO