Rusiya orduda ehtiyat hissələrin formalaşdırılması üçün yeni üsullardan istifadəyə başlayıb.
Bizim.Media "Zn.ua"ya istinadən xəbər verir ki, Ukraynada daimi itkilər verən Rusiya ordunu müəllimlərin hesabına doldurmağı qərara alıb.
Belə bir iddia ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.
Məlumata görə, Şərq Hərbi Dairəsinin Trans-Baykal ərazisində yerləşən briqadalarından birinin bazasında dörd atıcı batalyonun formalaşdırılması davam edir. Və bu, müəllimlərin hesabına həyata keçirilir.
“Bu batalyonlarda zabit vəzifələrinə Uzaq Şərq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbinin müəllimləri qəbul edilirlər”, - deyə məlumatda qeyd edilir.
“Rusiya hərbi rəhbərliyi bu bölmələri formalaşdırarkən İkinci Dünya müharibəsi təcrübəsini tətbiq etməyə davam edir. Bu da mövcud əhəmiyyətli problemlərdən və yanlış hesablamalardan xəbər verir”, - deyə Baş Qərargahdan ötən əsrin taktikası ilə bağlı şərh verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:12 / 20.09.2022
Rusiyada müəllimlər səfərbərliyə alınır
Hazırda oxunan: Rusiyada müəllimlər səfərbərliyə alınır
Hazırda oxunan: Rusiyada müəllimlər səfərbərliyə alınır
94797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.