Avropa müsəlmanların qarşısını ülgüc-məftil baryerlə almağa çalışır

Avropa müsəlmanların qarşısını ülgüc-məftil baryerlə almağa çalışır

Hazırda oxunan: Avropa müsəlmanların qarşısını ülgüc-məftil baryerlə almağa çalışır

94750

Macarıstan ordusu gələcəkdə miqrant axınının qarşısını almaq üçün cənub sərhədinin mühafizəsi üçün hazırlıq təlimlərinə başlayıb.

Rəsmi Budapeşt Serbiyadan hər gün minlərlə miqrantın gəldiyi sərhədə polisə kömək etmək üçün əsgərlər göndərməyi planlaşdırır.

Artıq sərhəd boyunca yeni ülgüc-məftil baryeri tikilir. Milli Məclisdə isə bu ayın sonunda daha sərt sərhəd nəzarəti üçün səsvermə gözlənilir.

Ölkə bu yaxınlarda Serbiya ilə sərhədləri boyunca 175 kilometrlik ülgüc-məftil hasarı başa çatdırıb və əlavə sədd tikir.

"Macarıstanın qorunduğuna əmin olmaq bizim işimizdir" - deyə general Tibor Benko bildirib.

Baş nazir Viktor Orban bu həftə yeni divarın tikintisini sürətləndirməyə söz verib.

"Hər kəs yaxın həftələrdə intensiv iş üçün hazırlaşmalıdır" - o bildirib.

Lakin görülən tədbirlərlə hələlik Serbiyadan ölkəyə gələn minlərlə insan dayandırmaq mümkün olmayıb. Bu il 150 mindən çox insan gəlməsi ilə Macarıstan miqrantların "şimala səyahətində" əsas məkana çevrilib.

Onların bir çoxu Suriya və Liviya kimi ölkələrdə münaqişələrdən qaçırlar və Macarıstandan keçərək Almaniya, Avstriya və İsveç kimi daha liberal sığınacaq qanunları ilə zəngin Avropa İttifaqı (Aİ) ölkələrinə getmək istəyirlər.

Avropa İttifaqı Şurası prezidenti Jan-Klod Junker II dünya müharibəsindən sonra Avropanın ən çətin miqrant böhranını həll etmək üçün planları açıqlayıb.

Yeni təkliflər nəticəsində 120 min sığınacaq istəyən Aİ üzv ölkələr arasında paylaşdırılacaq.

Aİ lderləri üçün növbəti addımlar:

14 sentyabr: Aİ daxili işlər nazirlərinin xüsusi görüşü, Junker təkliflərinin müzakirəsi

15-16 oktyabr: Aİ liderlərinin sammiti, miqrant böhranının üstünlük təşkil etdiyi gündəliklə. Daha sonra Avropa Parlamenti Aİ hökumətləri ilə mümkün yeni sığınacaq tədbirlərinə qərar verməlidir

Erkən 2016: Aİ-na qanuni miqrasiyanın daha yaxşı təşkili üçün Aİ təklifləri(virtualaz.org)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO