Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak olub

Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak olub

Hazırda oxunan: Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak olub

94724

İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub. 

Bizim.Media xəbər verir ki, “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazem as-Sadek açıqlayıb. 

Diplomat deyib ki, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib. 

O qeyd edib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib. İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib. 

Qeyd edək ki, Ərbəin günü (qırxıncı gün) dedikdə şiəlikdə hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü nəzərdə tutulur.
Bu gündə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. Bildirilir ki, İmam Hüseynin məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO