Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi məşhur komediyaçı Maksim Qalkini fiziki şəxslər üçün "Xarici agentlər" reyestrinə daxil edib.
Bizim.Media xəbər verir ki, bu məsələnin ardından SSRİ Xalq artisti Alla Borisovna Puqaçova sosial şəbəkə hesabında Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən onu da "Xarici agentlər" reyesterinə daxil etməsi ilə bağlı post paylaşıb.
"Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət. Sizdən xahiş edirəm, məni sevimli ölkəmin xarici agentləri sırasına yazasınız. Çünki mən vətənə firavanlıq, dinc həyat, söz azadlığı və xəyali məqsədlər uğrunda övladlarımızın ölümünə son qoyulmasını arzulayan vicdanlı, ləyaqətli və səmimi insan, heç nəyə satılmayan vətənpərvər ərimlə həmrəyəm", - deyə Alla fikirlərini ifadə edib.
Qeyd edək ki, A.Puqaçovanın əri M.Qalkin Rusiyanın Ukraynaya hücumu başlayanda ölkəsini tənqid etmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:44 / 18.09.2022
Alla Puqaçova ərindən sonra "xarici agent" siyahısına daxil edilməsini istədi - FOTO
Hazırda oxunan: Alla Puqaçova ərindən sonra "xarici agent" siyahısına daxil edilməsini istədi - FOTO
Hazırda oxunan: Alla Puqaçova ərindən sonra "xarici agent" siyahısına daxil edilməsini istədi - FOTO
94441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.