Rusiya Türkiyə ilə yeni müqavilə imzaladı

Rusiya Türkiyə ilə yeni müqavilə imzaladı

Hazırda oxunan: Rusiya Türkiyə ilə yeni müqavilə imzaladı

9438

Rusiyanın koronavirusa qarşı “Sputnik-V” peyvəndinin Türkiyədə istehsalına başlanacaq.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki,  istehsalla bağlı  Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə Türkiyənin qabaqcıl dərman şirkəti arasında müqavilə imzalanıb.

Artıq istehsal üçün tələb olunan texnologiyanın transfer prosesinə başlanıb.

İki ölkə şirkətlərinin əməkdaşlığı “Sputnik V” peyvəndini xarici bazarlara təqdim etmək vəzifəsi çərçivəsində həyata keçirilir.

Gələcəkdə istehsalın daha da artırılması imkanları da müzakirə olunur. Peyvənd və onun ixrac olunması həm Türkiyənin daxili bazarında, həm də digər ölkələrdə planlaşdırılır.

Qeyd edək ki, “Sputnik V” Belarus, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Serbiya, Boliviya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda qeydiyyatdan keçib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO