"Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan başladığı əməliyyatı başa çatdırdığını bildirib".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Prezident İlham Əliyevdən aldığım məlumata görə, indi Azərbaycanın öz təhlükəsizliyini tam təmin edib", -deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, bundan sonra Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir.
“Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək, mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edir. Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir”, - deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:34 / 17.09.2022
Ərdoğan: "Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir"
Hazırda oxunan: Ərdoğan: "Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir"
Hazırda oxunan: Ərdoğan: "Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir"
94360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.