Tacikistan və Qırğızıstan sərhədində baş verən toqquşmalarda onlarla insan yaralanıb.
Bizim.Media "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, atışması zamanı tanklar və pilotsuz təyyarələrdən istifadə edilib. Tacikistan Silahlı Qüvvələri mübahisəli ərazilərə yaxın iki yaşayış məntəqəsi - Dustuk və Maksada nəzarəti ələ keçirib.
Nəşrin məlumatına görə, nə Qırğızıstanın sərhəd xidməti, nə də Tacikistanın təhlükəsizlik qüvvələri bu məlumatları təsdiqləməyib.
Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzinin məlumatına görə, Tacikistan və Qırğızıstan dövlət sərhədinin bütün istiqamətlərində silahlı münaqişələr davam edir.
Öz növbəsində "Sputnik Qırğızıstan" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkənin sərhədyanı Leylek və Batken rayonlarının sakinlərinin mütəşəkkil şəkildə təxliyəsinə başlayıb. Bildirilib ki, atışma nəticəsində Qırğızıstan tərəfdən 18 nəfər yaralanıb.
Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan tərəfinə etiraz notası təqdim edib. Bişkek qeyd edib ki, Tacikistan tərəfi əvvəllər əldə edilmiş razılaşmaları pozaraq, silahlı qüvvələrdən, ağır texnikadan istifadə etməklə qoşunlarını əvvəlcədən Qırğızıstan Respublikasının sərhədinə çəkərək Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca mülki obyektlərə hücum edib.
Qeyd edilib ki, hazırda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və onun tacikistanlı həmkarı Saimumin Yatimov arasında danışıqlar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:22 / 16.09.2022
Tacikistan Sərhəd Xidməti: "Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir" - VİDEO
Hazırda oxunan: Tacikistan Sərhəd Xidməti: "Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir" - VİDEO
Hazırda oxunan: Tacikistan Sərhəd Xidməti: "Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir" - VİDEO
94125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.