Amerika İranın 3 kiber ünsürünün həbsinə səbəb olacaq məlumat üçün 10 milyon dollar mükafat təyin edib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, mükafatı Amerika Dövlət Departamentinin "Ədalət üçün Mükafat" proqramının rəsmi “Twitter” hesabı təyin edib.
Həmin üç nəfər barədə məlumatı olan şəxslərdən xahiş edilib ki, bu məlumatları sözügedən quruma göndərməklə adıçəkilən şəxslərin fəaliyyətinin qarşısını almağa kömək etsinlər.
Qurum Mənsur Əhmədi, Əhməd Xətibi Oqda və Əmirhüseyn Nikayin Ravəri adlı bu ünsürlər barədə bildirişi və onların fotolarını dərc edərək yazıb:
“Bu üç kiber əməliyyatçı Amerika şəbəkələrini hədələmək və günahsız insanları şantaj etmək üçün kompüterlərinin arxasında gizləniblər”.
Bizim.Media
REWARD! ?Up to $10M ?for information on Iranian malicious #cyber actors AHMADI, KHATIBI & NICKAEIN. They targeted U.S. critical infrastructure and compromised hundreds of computer networks across the U.S. and abroad. GOT A TIP? Contact RFJ today! //t.co/jA8oZs6D2o pic.twitter.com/26isfc8fqx
— Rewards for Justice (@RFJ_USA) September 14, 2022