BBC-nin verdiyi məlumata görə, Ficidə Çin və Tayvan diplomatları arasında dava baş verib. Tayvan münayəndələri Tayvanın milli günü münasibətilə təşkil olunmuş dəvətdə iki Çin səfriliyi nümayəndəsinin insident törətdiklərini qeyd edilib. Belə ki, Çin nümayəndələri mərasimdə iştirak edən qonaqların fotolarını çəkməyə və onları sorğu sual etməyə başlayıb. Tayvan nümayəndələrinin etirazları isə iki qrup arasında dava ilə nəticələnib. Qarşı tərəf isə dəvətdə Çinin ərazi bütövlüyünə zidd çıxışların olduğunu qeyd edərək insidentdə Tayvan nümayəndə heyətini günahlandırıb. Nəticədə hər iki tərəfdən bir neçə nümayəndə yaralanıb. Çin və Tayvan Fici hökümətindən baş vermiş hadisə ilə bağlı araşdırma aparmağı tələb edirlər.
Xatırladaq ki, Tayvan Çindən ayrı müstəqil dövlət olduğunu qeyd edir. Çin isə Tayvanı müstəqil dövlət kimi tanımır, onu Çinin tərkib hissəsi hesab edir. Son dövlərdə Sakit okean hövzəsində Çin və Tayvan arasında ciddi nüfuz mübarizəsi yaşanır. Analitiklərin fikrincə, son hadisələr Çinin regionda öz nüfuzunu artırmaq siyasətinin bir parçasıdır və Çinin daha aqressiv davranışlar sərgiləməsi ilə müşahidə olunur.
Rəvan Əliyev, Bizim Media