Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasını başa çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, iclasda Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç və KTMT baş katibinin müavini Valeri Semerikov iştirak ediblər. Görüş videokonfrans vasitəsilə keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Sərhəddəki gərginliklə bağlı KTMT-nin iclası keçirilir
Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin gələcək fəaliyyəti müzakirə olunub.
KTMT katibliyinin qəbul edilmiş qərarlar barədə əlavə məlumat verəcəyi bildirilsə də, iclasda hər hansı ciddi qərarın verilmədiyi deyilir.
Bizim.Media