74-cü “Emmi”nin qalibləri BƏLLİ OLDU - FOTO

74-cü “Emmi”nin qalibləri BƏLLİ OLDU - FOTO

Hazırda oxunan: 74-cü “Emmi”nin qalibləri BƏLLİ OLDU - FOTO

93518

Dünyanın ən nüfuzlu televiziya mükafatı olan 74-cü “Emmi”nin builki qalibləri məlum olub. 

Bizim.Media xəbər verir ki, “HBO” film və televiziya yayım şirkətinin istehsal etdiyi ekran işlərinin əksəriyyəti mükafata sahiblənib. Belə ki, şirkət istehsalı olan “The White Lotus” ən yaxşı ssenari də daxil olmaqla, 10 mükafat qazanıb.  

Ümumilikdə “HBO” və “HBO Max” şirkətləri ümumilikdə 38 mükafat qazanıb. 

Ən çox mükafat qazanan digər ekran işi isə “Euphoria” olub. O, 6 “Emmi”yə layiq görülüb.  Dünyaca məşhur “Netflix” platforması isə ümumilikdə 26 mükafat alıb. 
Sözügedən yayım platformasının ərsəyə gətirdiyi “Squid Game” - 6, “Stranger Things” - 5, “Arcane” isə 4 mükafat əldə edib.  

“Ozark” serialının populyar siması Julia Garner ən yaxşı köməkçi aktrisa nominasiyasında “Emmy”yə sahiblənib. 

“Applle +” yayım şirkətinin istehsal etdiyi “Tes Lasso” isə ikinci dəfə ən yaxşı komediya serialına layiq görülüb.

Rəşad Əliyev, Bizim.Media























































 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO