Kraliça II Yelizavetanın tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək, sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.
MÖVZU İLƏ BAĞLI:
II Yelizavetanın cəsədi olan tabut Balmoral qəsrini tərk etdi - FOTO
Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına gətiriləcək.
Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.
Kraliça II Yelizavetanın dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.
Bizim.Media