“Bayraktar”ın Ukraynadakı zavodu belə olacaq - FOTO

“Bayraktar”ın Ukraynadakı zavodu belə olacaq - FOTO

Hazırda oxunan: “Bayraktar”ın Ukraynadakı zavodu belə olacaq - FOTO

93229

Türkiyənin “Baykar” hərbi şirkəti Ukraynada pilotsuz təyyarələrin istehsalı və inkişafı mərkəzinin yaradılması layihəsinin icrası üzərində işləməyə davam edir. Ukraynada inşa ediləcək zavodun maketi də artıq hazırdır. Zavodun inşasına 2023-cü ilin sonunda başlanılacaq.

Bizim.Media Ukraynanın “Defence Express” nəşrinə istinadən xəbər verir ki, mərkəzin Ukraynadakı ümumi sahəsi 30 min kvadratmetrdən çox, ukraynalı mühəndis və texniki işçilərin sayı isə 300 nəfərdən çox olması nəzərdə tutulur.

Zavod həm də pilotsuz təyyarələr istehsal edəcək. Burada “Bayraktar TB2”, “Akıncı”, “Kızılelma” və şirkətin digər məhsulları da istehsal olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO