Nyu-Yorkda 11 sentyabr terror aktı qurbanlarının xatirəsi anıldı

Nyu-Yorkda 11 sentyabr terror aktı qurbanlarının xatirəsi anıldı

Hazırda oxunan: Nyu-Yorkda 11 sentyabr terror aktı qurbanlarının xatirəsi anıldı

93226

Nyu-Yorkda 11 sentyabr terror aktı qurbanlarının xatirəsi anılıb.

Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədbirdə ABŞ-ın vitse-prezidenti Kamala Harris iştirak edib.

MÖVZU İLƏ BAĞLI:

ABŞ səfirliyində 11 sentyabr terroru qurbanlarının xatirəsi yad edildi


Ötən il faciənin 20-ci ildönümündə ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorka gəlmişdi. Lakin bu il o, Pentaqonda memorial tədbirlərdə iştirak edir.

Nyu-Yorkda faciənin ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Kompleksin yerləşdiyi Manhettenin cənubunda küçələrin bir hissəsi bağlanılıb. Polis metronun çıxışında növbə çəkir.

Axşam şəhərdə “Tribute in Light” adlı aksiya keçiriləcək. Səmaya iki işıq sütunu qalxacaq ki, bu da Ümumdünya Ticarət Mərkəzinin terrorçular tərəfindən məhv edilmiş qülləsinin rəmzi olacaq.

Aksiya 2002-ci ildən keçirilir. Yüz kilometr məsafədən görünən işıq sütunlarının hazırlanmasında 44 projektordan istifadə edilir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Əl-Qaidə qruplaşmasından olan 19 terrorçu ABŞ-da dörd sərnişin təyyarəsini ələ keçirmişdi. Onlardan ikisi Nyu-Yorkda həmin vaxt ən hündür göydələnlər olan Ümumdünya Ticarət Mərkəzinin qoşa qülləsinə, üçüncü təyyarə Vaşinqtonun kənarında yerləşən Pentaqonun binasına yönəldilmişdi.

Yenə də Vaşinqton istiqamətində hücum edən dördüncü təyyarə isə Şanksvill şəhəri yaxınlığında hədəfə çatmadan yerə çırpılmışdı.

Terror aktı nəticəsində 2977 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO