Avropadan çoxlu təqaüdçü qışda Yunanıstan, Türkiyə və Misirə gələcək

Avropadan çoxlu təqaüdçü qışda Yunanıstan, Türkiyə və Misirə gələcək

Hazırda oxunan: Avropadan çoxlu təqaüdçü qışda Yunanıstan, Türkiyə və Misirə gələcək

93186

Türkiyə, Yunanıstan və Misir qiymətlərin artması səbəbindən qışda avropalı təqaüdçülərin kütləvi axınını gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası (ATOR) məlumat yayıb.

“Avropa İttifaqına Rusiya qazının tədarükünün dayandırılması fonunda Yunanıstan, Türkiyə və Misir avropalılar üçün “qış evi” olmaq ambisiyalarını açıqlayıblar”, - hesabatda deyilir.

Assosiasiyanın məlumatına görə, Türkiyə 2021-ci ilə nisbətən yaxın aylarda Aİ-dən iki dəfə çox turist qəbul etməyi planlaşdırır.

Daha əvvəl Assosiasiya bildirmişdi ki, alman pensiyaçılar qışda istiliyə qənaət etmək üçün isti ölkələrə turlar sifariş edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Xorvatiyada mətbuat konfransı zamanı dediyi kimi, qiymət artımı fonunda Qərb ölkələri qış ərəfəsində təlaş içindədir.

BitRiver maliyyə analitiki Vladislav Antonov FAN-a müsahibəsində Almaniyada enerji böhranının kəskinləşəcəyini proqnozlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO