Kadırov: “Rusiya Xarkov istiqamətindəki şəhərləri geri qaytaracaq”

Kadırov: “Rusiya Xarkov istiqamətindəki şəhərləri geri qaytaracaq”

Hazırda oxunan: Kadırov: “Rusiya Xarkov istiqamətindəki şəhərləri geri qaytaracaq”

93184

Çeçenistan rəhbəri Ramzan Kadırov Xarkov istiqamətində Ukraya ordusu tərəfindən geri alınan bütün şəhərlərin qaytarılacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Müdafiə Nazirliyi vəziyyəti aydınlaşdırdı, buna görə də Xarkov istiqamətində İzyum, Kupyansk və Balakleya şəhərlərini tərk etdilər. Lakin bu, hərbi strategiya baxımından məcburi idi. Mən Ramzan Kadırov, rəsmi olaraq bəyan edirəm ki, bütün bu şəhərlər geri qaytarılacaq”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hərbçiləri artıq bu şəhərlərdədir və daha 10 minə qədər əsgər də getməyə hazırdır.

Sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib ki, rus qoşunları üç gün ərzində Balakleya və İzyum istiqamətində 2000-dən çox ukraynalı hərbçini məhv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO