Fransa Prezidenti Emmanuel Makron və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Yelisey sarayı rəsmi məlumat yayıb.
“Dövlət başçıları "Zaporojye" Atom Elektrik Stansiyası ətrafında narahatlıq doğuran vəziyyət müzakirə ediblər. İki ölkə lideri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin işini dəstəklədiklərini bildiriblər.
Prezidentlər təhlükəsizliyin təmin edilməsi və nüvə qurğularının qorunması üçün Rusiya qüvvələrinin regiondan çıxarılması ilə bağlı eyni tələbi bölüşüblər”, - deyə məlumatda bildirilib.
Həmçinin, Makron Zelenskidən döyüş meydanındakı gedişatlar, eləcə də Ukraynanın ehtiyacları barədə məlumat alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:11 / 10.09.2022
Zelenski Makronla MÜZAKİRƏLƏR APARDI
Hazırda oxunan: Zelenski Makronla MÜZAKİRƏLƏR APARDI
Hazırda oxunan: Zelenski Makronla MÜZAKİRƏLƏR APARDI
93159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.