BMT dünya ölkələrini Pakistana yardım etməyə çağırdı - FOTO

BMT dünya ölkələrini Pakistana yardım etməyə çağırdı - FOTO

Hazırda oxunan: BMT dünya ölkələrini Pakistana yardım etməyə çağırdı - FOTO

93149

BMT-nin Baş katibi Antonio Quterreş şənbə günü Pakistanın daşqınlardan zərər çəkmiş Sind əyalətinə gedib və dünya ölkələri tərəfindən İslam respublikasına yardım göstərilməsinin vacibliyini qeyd edib.

Bizim.Media xəbər verir ki, Baş katib bununla bağlı bəyanatına bildirib ki, BMT-nin Pakistan üçün etdiyi lazım olanın edilməsi fonunda dəryada bir damladır.

"Biz öz imkan və resurslarımızın məhdud olmasının fərqindəyik. Lakin siz qəti əmin ola bilərsiniz: biz Pakistan xalqı ilə tam həmrəyik”, - deyə Antonio Quterreş vurğulayıb.

O, Pakistanda baş verən fəlakət barədə dünya ölkələrinin məlumatlığını artırmaq üçün səy göstərəcəyini bildirib və beynəlxalq ictimaiyyəti İslamabada təcili yardım etməyə çağıraraq deyib: “Bu, səxavətlilik yox, ədalətlilik məsələsidir”.

Pakistanın təbii fəlakətlərlə mübarizə üzrə Milli idarəsinin məlumatına əsasən, daşqınlar nəticəsində iyunun ortalarından bəri 1396 nəfər həlak olub, 12 min 728 sakin xəsarət alıb, 1 milyon 743 mindən çox bina zədələnib.
Ölkəyə dəyən zərərin miqdarının 10 milyard dollardan xeyli çox olduğu bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan qardaş və dost ölkə olan Pakistana 2 milyon dollar humanitar yardım ayırıb. Pakistan xalqının köməyinə birincilər sırasında çatanlar arasında Türkiyə də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO