Kral III Karldan sonra taxtın varisi kim olacaq? - SİYAHI

Kral III Karldan sonra taxtın varisi kim olacaq? - SİYAHI

Hazırda oxunan: Kral III Karldan sonra taxtın varisi kim olacaq? - SİYAHI

93120

Sentyabrın 8-də vəfat edən Kraliça II Elizabet 70 illik hakimiyyəti ilə Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı idi.  

96 yaşında dünyasını dəyişən Kraliça 1952-ci ildə atası Kral VI Corcun ölümündən sonra kraliça olub. Kraliça II Elizabetin ölümündən sonra isə taxta böyük oğlu Kral III Karl çıxıb. 

Bəs 73 yaşında Kral ünvanını qazanan III Karldan sonra taxtın varisi kim olacaq? 

Bizim.Media Kraliyyət ailəsinin varislik soyağacını təqdim edir: 

1. Şahzadə Uilyam, Kornuoll və Kembric hersoqu 


Şahzadə Uilyam Kral III Karl və Uels şahzadəsi Diananın böyük oğludur və taxt-tacın birinci varisidir. Taxtın varisi kimi onun əsas vəzifəsi kral vəzifələrində Kralı dəstəkləməkdir. 

2. Kornuoll və Kembric şahzadəsi Corc 


Şahzadə Uilyam və Kornuoll və Kembric hersoginyası Keyt Midltonun ilk övladı Corc 22 iyul 2013-cü ildə Londonda, St Mary's Xəstəxanasında anadan olub. O, atasından sonra taxt-tac üçün ikinci sıradadır. 

3. Kornuoll və Kembric şahzadəsi Şarlotta 


Şahzadə Uilyamdan və böyük qardaşından sonra taxtda üçüncüdür və Kornuoll və Kembric şahzadəsi Şarlotta kimi tanınır. 

4. Kornuoll və Kembric şahzadəsi Luis 


Şahzadə Uilyamın üçüncü övladı olan Luis Artur Çarlz taxtın dördüncü sıradakı varisidir. 

5. Şahzadə Harri, Sasseks hersoqu 


Sasseks hersoqu Şahzadə Harri taxtın varislik siyahısında 5-ci sıradadır. Lakin o, 19 may 2018-ci ildə Vindzor qəsrində amerikalı aktrisa Meqan Markl ilə evlənib. 2020-ci ilin yanvar ayında cütlük kral ailəsindəki ictimai vəzifələrindən istefa verdiklərini və "maliyyə cəhətdən müstəqil olmaq üçün işləmək" niyyətində olduqlarını bildirib. Cütlük Kraliyyət ailəsindəki səlahiyyətlərindən imtina edib. 

6. Arçi Harrison Mountbatten-Vindzor 


Sasseksin ilk övladı Arçi Harrison Mountbatten-Vindzor 2019-cu ildə anadan olub. Lakin cütlük ona ad verərkən rütbədən istifadə etməməyi seçib. 

7. Lilibet Diana Mountbatten-Vindzor 


Sasseks hersoginyası ikinci övladını 2021-ci ildə Kaliforniya ştatının Santa Barbara şəhərində dünyaya gətirib. Lilibet Diana Mountbatten-Vindzorun ləqəbi Lilidir. Bu, kral ailəsinin Kraliça II Elizabetə verdiyi ləqəbdir. 

8. York hersoqu 


Taxtın səkkizinci varisi olan şahzadə Endryu Kraliça II Elizabetin və Edinburq hersoqunun üçüncü övladıdır. 

Lakin o, 2019-cu ildə BBC-yə seks ticarəti və sui-qəsd ittihamı ilə mühakimə olunan Cefri Epşteynlə münasibəti ilə bağlı verdiyi müsahibədən sonra kral vəzifəsindən istefa verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO