“BMT Millətlər Liqasının taleyini yaşaya bilər” – MEDVEDEV  

“BMT Millətlər Liqasının taleyini yaşaya bilər” – MEDVEDEV  

Hazırda oxunan: “BMT Millətlər Liqasının taleyini yaşaya bilər” – MEDVEDEV  

92928

“BMT Təhlükəsizlik Şurasında aparılan islahatlardan sonra təşkilat Millətlər Liqasının taleyini yaşaya bilər”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında bildirib.

Amerikalıların BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasında bəzi güzəştlərin tətbiqindən  və “status-kvonu” saxlamaqdan imtina etmə çağırışını şərh edən Medvedev kompromislərin müxtəlifliyindən söz açıb.
“Kompromislər fərqlidir. Əgər söhbət ABŞ-ın anti-Rusiya qəzəbindən etdiyi Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərini sındırmaq cəhdindən gedirsə, onlar boş yerə vaxt itirirlər. Onların istəyi gerçəkləşərsə, BMT iflasa uğramış Millətlər Liqasının taleyini yaşayacaq”, - deyə Dmitri Medvedev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO