Albaniya İranla diplomatik əlaqələrini dayandırdı – SƏBƏB - VİDEO 

Albaniya İranla diplomatik əlaqələrini dayandırdı – SƏBƏB - VİDEO 

Hazırda oxunan: Albaniya İranla diplomatik əlaqələrini dayandırdı – SƏBƏB - VİDEO 

92751

Albaniya İran İslam Respublikası ilə bütün diplomatik əlaqələrə son verib.

Bizim.Media xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama ölkə vətəndaşlarına videomüraciətində bildirib.

Buna səbəb isə, İran tərəfindən Albaniyanın kiber infrastrukturuna hücumun təşkil edilməsidir.

Edi Rama bildirib ki, hökumətin kiber infrastrukturu və rəsmi dövlət saytları iyulun 15-də güclü hücuma məruz qalıb:

“Nəticədə dövlət sisteminin dataları zədələnib. Lakin ümumilikdə hücum əvvəlcədən nəzərdə tutlmuş məqsədlərin yalınz minimumuna nail olub. Bütün sistemlər əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Həftələrdir gedən araşdırmalarımız nəticəsində kiber hücumun kimlər tərəfindən təşkil olunduğu, eləcə də bunun kimin sponsorluğu ilə baş verdiyi ilə bağlı detallı sübutlar əldə etmişik. Belə ki, hücumu təşkil edən kiber terrorçuların arxasında dayanan dövlət İran İslam Respublikasıdır”.
Albaniyanın hökumət başçısı əlavə edib ki, ölkənin nazirlər kabinetinin qərarı ilə İranla bütün diplomatik əlaqələr dondurulub və bu qərar İslam Respublikasının ölkədəki səfirliyinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO