Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tviter səhifəsində yazıb.
“Ukraynadakı vəziyyət bizim ciddi dəstəyimizi tələb edir. Bu gün Avropa Komissiyası Ukraynaya əlavə 5 milyard avro makromaliyyə yardımı təklif edir. Bu, Avropa İttifaqının maliyyə və humanitar yardım şəklində ayırdığı 10 milyard avronu tamamlayır”, - deyə Ursula Fon der Lyayen əlavə edib.
Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıxal bildirmişdi ki, ölkəsi Avropa İttifaqından uzunmüddətli kreditlər şəklində 5 milyard avro makromaliyyə yardımı alacağını gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:57 / 07.09.2022
Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq yardımı təsdiqlədi
Hazırda oxunan: Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq yardımı təsdiqlədi
Hazırda oxunan: Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq yardımı təsdiqlədi
92570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.