Hillari Klinton etiraf etdi: “Qızımı Kremldə unutmuşdum”

Hillari Klinton etiraf etdi: “Qızımı Kremldə unutmuşdum”

Hazırda oxunan: Hillari Klinton etiraf etdi: “Qızımı Kremldə unutmuşdum”

92548

Hillari Klinton "Cimmi Fellonla gecə şousu" verilişində əri Bill Klintonla Rusiyaya səfəri zamanı təsadüfən qızı Çelsini Kremldə qoyub getdiyini deyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Post” yazıb.

Hillari Klinton və onun 42 yaşlı qızı Çelsi Klinton şounun qonağı olublar. Onlar aparıcının bir sıra suallarını cavablandıraraq “Ana və Qız” adlı müsabiqədə iştirak ediblər.

Fellon Klintondan "ailə tətilinin ən çılğın xatirəsi" haqqında soruşub. ABŞ-ın keçmiş birinci xanımı əri Bill Klintonla (o vaxtkı ABŞ prezidenti) Rusiyaya rəsmi səfəri zamanı qızlarını Kremldə unutduqlarını xatırladıb.
“Ümid edirəm ki, o (Çelsi), bunu xatırlamır. Bill prezident olanda biz onu Rusiyaya dövlət səfərinə apardıq və rəsmi vida mərasimi oldu. Billlə məni hava limanına göndərmək üçün böyük limuzinə mindirdilər. Onu orada qoyub getdiyimizi bilmirdik”, - deyə Klinton bildirib.

Onun sözlərinə görə, yeganə övladını Kremldə qoyub getdiyini təsəvvür etmək çətindir.

Çelsi Klinton da "ailə tətilinin ən çılğın xatirəsi” haqqında sualına cavab olaraq, Kremldə unudulmasından danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO