Komissiya sədri Paşinyanın sülh müqaviləsi bağlı dediklərini TƏSDİQLƏDİ: “İlin sonunadək...”

Komissiya sədri Paşinyanın sülh müqaviləsi bağlı dediklərini TƏSDİQLƏDİ: “İlin sonunadək...”

Hazırda oxunan: Komissiya sədri Paşinyanın sülh müqaviləsi bağlı dediklərini TƏSDİQLƏDİ: “İlin sonunadək...”

92381

Bir gün əvvəl Ermənistanın baş naziri öz partiyasının üzvləri və müavinləri ilə qapalı iclas keçirərək, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib. Parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə görüşün faktını və Paşinyanın bəyanatını təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiosu”nun erməni xidməti yayıb.

O, sülh müqaviləsinin imzalanmasının vaxtı ilə bağlı sualdan yayınıb: “Biz bu istiqamətdə işləyirik, görüşlər keçirilir”.

Eyni zamanda Komissiya sədri gecikmənin erməni tərəfinin maraqlarına uyğun olmadığını qeyd edib:

“İndi elə vəziyyətdəyik ki, vaxt üçün oynamaq şansımız yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO