Çexiyada yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almazov İtaliyada bədbəxt hadisə nəticəsində həlak olub.
Bizim.Media “italynews”a istinadən xəbər verir ki, hadisə avqustun 28-də baş verib.
Həmyerlimiz həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almazov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb.
Həyat yoldaşı S.Almazovu xilas etmək üçün atlasa da, onu xilas edə bilməyib. Qadın isə bir müdddət suyun üzərində qaldıqdan sonra başqa bir qayıq tərəfindən xilas olunub.
Bildirilib ki, S.Almazovun meyiti hadisədən 5 gün sonra, suyun 80 metr dərinliyində tapılıb.
Lakin maddi imkanların məhdud olması səbəbilə Sərkər Almazovun nəşinin Bakıya gətirilməsi mümkün olmayıb. Helena həyat yoldaşının cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə toplayır.
Bizim.Media