Azərbaycanlı alimlər Vyetnamda sınaqlar keçirdilər

Azərbaycanlı alimlər Vyetnamda sınaqlar keçirdilər

Hazırda oxunan: Azərbaycanlı alimlər Vyetnamda sınaqlar keçirdilər

92234

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin yeni texnoloji həlli Vyetnamın neft yatağında sınaqdan keçirilib.

Bizim.Media AMEA-ya istinadən xəbər verir ki, yenilik qurumun müxbir üzvü Qeylani Pənahovun rəhbərliyi ilə işlənib hazırlanıb.

Onun hesabına boru kəmərlərini su, kondensat və mexaniki qarışıqlardan təmizləmək mümkündür.

Bu problemlər Vyetnamın “Vietsovpetro” şirkətinin “Belıy Tiqr” yatağında stasionar platformalararası qaz kəmərlərində olub. Azərbaycanda onun üçün texnoloji həlin mövcudluğu nəzərə alınaraq alimlərimiz sınaq tədqiqatlarının aparılması üçün Vunqtau şəhərinə dəvət edilib.
Onlar Vietsovpetro Elmi Tədqiqat İnstitutunda tədqiqat planı işləyib hazırlayıb. İlk növbədə “PV-Chem” şirkətinin bazasında təklif olunan həll ilə əlaqədar eksperimental tədqiqatlar aparılıb, müsbət nəticələrin təsdiqindən sonra yeni özlü elastiki tərkib və texnoloji işlənmə, 8-13 iyul 2022-ci il tarixlərində “Vyetsovpetro”nun mütəxəssisləri, Azərbaycan alimləri və “PV-Chem” şirkətinin nümayəndələrinin birgə iştirakı ilə DSP-7 və DSP-5 stasionar platformaları arasında, 1500 m uzunluğunda çətin relyefə malik qaz kəmərində uğurla sınaqdan keçirilib.

Aparılan əməliyyat nəticəsində qaz kəmərinin təmizlənməsinə nail olunub, proses maksimum 5 atm təzyiq altında 8 m3 su və kondensat sıxışdırılması ilə başa çatdırılıb.

Yeni texnoloji həll bundan əvvəl Dövlət Neft Şirkətinin (SOCAR), eləcə də Çin, ABŞ və Rusiyadakı neft yataqlarında tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO