Türkiyənin hərbi gəmisi son 10 ildən sonra ilk dəfə İsraildə lövbər saldı

Türkiyənin hərbi gəmisi son 10 ildən sonra ilk dəfə İsraildə lövbər saldı

Hazırda oxunan: Türkiyənin hərbi gəmisi son 10 ildən sonra ilk dəfə İsraildə lövbər saldı

92020

Fələstin məsələsi ilə bağlı kəskin mübahisədən sonra ABŞ-ın müttəfiqləri arasında münasibətlərin yaxşılaşması fonunda türk hərbi gəmisi son on ildən sonra ilk dəfə İsraildə lövbər salıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.

Türkiyə rəsmisi NATO-nun Aralıq dənizindəki manevrləri çərçivəsində şənbə günü “Kemalreis” freqatının Hayfaya yanaşdığını bildirib.

İsrailli məmur qeyd edib ki, Ankara ekipajın gəmidən enməsi üçün rəsmi müraciət edib.

Hayfa limanının sözçüsü vurğulayıb ki, bu, 2010-cu ildən sonraTürkiyə hərbi gəmisinin ölkəyə ilk səfəridir.

Son aylar ölkələr arasında münasibətlər yaxşılaşmağa başlayıb və enerji potensial əməkdaşlığın əsas sahələrindən birinə çevrilib. Yaxın vaxtlarda yeni səfirlərin təyin ediləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO