ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu həftənin əvvəlində Filadelfiyada prezident Co Baydenin xalqa müraciətini pisləyib və onu “dövlətin düşməni” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Tramp Pensilvaniyada keçirilən mitinqdə deyib:
“Co Bayden bu həftə Filadelfiyaya Amerika prezidentinin indiyə qədər etdiyi ən qəddar, nifrət dolu və bölücü nitqini söyləmək üçün gəlib”.
Bayden xalqa müraciətində bildirib:
“Şübhə yoxdur ki, Respublikaçılar Partiyası bu gün hər kəsi qorxudur. Tramp və onun tərəfdarları “Amerikanı yenidən möhtəşəm et!” şüarını dəstəkləyirlər. Bu ölkəmiz üçün təhlükə yaradır”.
Baydenin açıqlamaları respublikaçılar tərəfindən sərt tənqid edilib. Onun çıxışı xalqa müraciət kimi deyil, prezident müraciəti adı altında seçki çıxışı kimi qiymətləndirilib. Baydeni millətin birliyini “dağıdan şəxs” adlandırıblar.
“The Washington Post” cümə günü məqalə dərc edərək, prezidentin çıxışının yaxşı niyyətli amerikalılara qarşı çox sərt olduğunu iddia edib.
Bildirilir ki, Baydenin müraciəti bəzi respublikaçılara “söyüş və ya alçaldıcı söz” kimi səslənib.
Bayden xalqa müraciətindən bir gün sonra jurnalistlərə deyib ki, o, Trampı dəstəkləyən bütün respublikaçılara ölkə üçün təhlükə kimi baxmır.
“Mən heç bir Tramp tərəfdarını ölkə üçün təhlükə hesab etmirəm. Zorakılığa çağıran, seçki qələbəsini tanımaqdan imtina edən, idarəetmə üsulumuzu dəyişməkdə və səsləri saymaqda israr edən hər kəs demokratiya üçün təhlükədir”, - deyə Bayden jurnalistlərə bildirib.
Prezident xalqa müraciətində məhz belə siyasətçilərdən danışdığını deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:11 / 04.09.2022
Tramp Baydeni “dövlətin düşməni” adlandırdı
Hazırda oxunan: Tramp Baydeni “dövlətin düşməni” adlandırdı
Hazırda oxunan: Tramp Baydeni “dövlətin düşməni” adlandırdı
91960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.